"Ahıska türklərinin rahatlığını və rifahını öz vətəndaşlarımızdan ayrı görmürük".
Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X-dəki rəsmi səhifəsində yazıb.
"Onların illərdir həsrətində olduqları Türkiyə vətəndaşlığını əldə etmələri üçün lazımi addımları atır, prosesləri sürətləndiririk. Ahıska türklərini ən çox qoruyan, onların məsələlərini çox yaxından izləyən hökumət bizik. 2022-ci ildən etibarən Daxili İşlər Nazirliyimizin dəstəyi, səfirliklərimiz, baş konsulluqlarımız və Dünya Ahıska Türkləri Birliyinin töhfələri ilə 820 soydaşımız Türkiyə vətəndaşlığını qəbul edib. Prosedurları davam edən 578 soydaşımız üçün işimizi qısa zamanda yekunlaşdıracağıq.
Ahıska türklərinin yaşadıqları ölkələrdə kimliyini, dilini, dinini və mədəniyyətini qorumaq bizim prioritetlərimizdəndir. Bu istiqamətdəki işlərə töhfə verməyə davam edəcəyik. İndiyə qədər etdiyimiz kimi Ahıska türklərinin yanında olmağa davam edəcəyik", - deyə o qeyd edib.