Modern.az

Gürcüstan Ukrayna kəşfiyyatını çevriliş planlaşdırmaqda ittiham edir

Gürcüstan Ukrayna kəşfiyyatını çevriliş planlaşdırmaqda ittiham edir

Dünya

18 Sentyabr 2023, 11:46

Gürcüstanın xüsusi xidmət orqanları ölkədə çevrilişin planlaşdırılmasının ortaya çıxması barədə məlumat yayıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, çevriliş oktyabr-dekabr aylarında baş tutmalı imiş.

 

Məlumata görə, çevrilişi təşkil etmək istəyənlərin arasında eks-prezident Mixail Saakaşviliyə yaxın şəxslər, Ukrayna hərbi kəşfiyyatı və Kiyevin tərəfində döyüşən gürcü hərbçiləri olub.

 

Hələlik rəsmi Kiyev məsələyə münasibət bildirməyib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!