Modern.az

Macarıstan İsveçin NATO üzvlüyünə əngəl ola bilər

Macarıstan İsveçin NATO üzvlüyünə əngəl ola bilər

Dünya

18 Sentyabr 2023, 12:18

Macarıstan İsveçin NATO-ya üzv olmaq təklifini ratifikasiya edib-etməyəcəyinə əmin deyil.

 

Modern.az xəbər verir ki, bunu Macarıstan XİN başçısı Peter Siyarto deyib.

 

Səbəb İsveç məktəblərində son illərdə “Macarıstanda demokratiyanın tənəzzülü ilə bağlı məlumatların yayılması"dır.

 

Nazir bildirib ki, bu, Budapeştin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə kömək etmir.

 

Macarıstan parlamentinin spikeri isə hətta qeyd edib ki, Budapeştə “bizim və haqqımızda belə fikirdə olan müttəfiq lazım deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı