İlon Mask Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu tənqid edib.
Modern.az xəbər verir ki, bu barədə o, X platformasında yazıb.
Mask Kiyevin həddən artıq çox insan itirdiyini, lakin çox az ərazi qazandığını düşünür.
Bundan əvvəl Maskın Ukraynanın Krımı işğaldan azad etməsinə mane olduğu barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.