Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iş baxılması üçüm məhkəmənin Plenumuna təqdim edilib. Qeyd olunub ki, işə 1 ay ərzində baxıldıqdan sonra məhkəmə rəyini parlamentə təqdim edəcək. Konstitusiya Məhkəməsinin rəyi müsbət olarsa, məsələ parlamentdə səsverməyə çıxarılacaq.
Qeyd edək ki, Gürcüstanda Prezidentin impiçmenti üçün parlamentin 150 deputatından minimum 100-nün dəstəyinə ehtiyac var.