Modern.az

Bayramov-Mirzoyan görüşü planlaşdırılmır - Ermənistan XİN

Bayramov-Mirzoyan görüşü planlaşdırılmır - Ermənistan XİN

Dünya

18 Sentyabr 2023, 17:14

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü hazırda planlaşdırılmır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in sözçüsü Ani Badalyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində danışıqların mümkünlüyünü şərh edərkən bildirib.

 

Qeyd edək ki, hər iki nazir BMT Baş Assambleyasının toplantısına qatılmaq üçün ABŞ-a səfər edib.

 

Bundan əvvəl Azərbaycan XİN yerli mətbuata belə bir görüşün nəzərdə tutulmadığını açıqlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!