İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.
Modern.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından yola düşüb.
ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər. ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.