Modern.az

ABŞ-da yeni Baş Qərargah rəisi təyin edildi

ABŞ-da yeni Baş Qərargah rəisi təyin edildi

Dünya

21 Sentyabr 2023, 08:38

ABŞ Senatı general Çarlz Braunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri təyin edilməsinə razılıq verib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, senatorlarının əksəriyyəti - lehinə 83 əleyhinə 11 səs olmaqla generalın bu vəzifəyə gətirilməsinə "yaşıl işıq" yandırıb.

 

Braun bu vəzifədə səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Mark Millini əvəz edəcək.

 

Çarlz Braun 1989-1993-cü illərdə xidmət etmiş Kolin Paueldən sonra bu vəzifəyə təyin edilmiş ikinci afroamerikalıdır. Bundan əlavə, "Reuters" qeyd edir ki, ABŞ tarixində ilk dəfə olaraq afroamerikalılar eyni vaxtda Birləşmiş Qərargah Rəisləri Komitəsinə və Pentaqona (Lloyd Oustin) rəhbərlik edirlər.

 

Çarlz Quinton-Braun 1984-cü ildə Texas Texniki Universitetini mühəndislik dərəcəsi ilə bitirdikdən sonra Hərbi Hava Qüvvələrinə qoşulub. Xidmət etdiyi müddətdə Cənubi Koreyada, Almaniyada (Ramşteyn bazası), İtaliyada ABŞ Hərbi Hava Qüvvələrində müxtəlif taktiki vəzifələrdə çalışıb. 2015-ci ildən ABŞ Hərbi Hava Qüvvələrində Yaxın Şərq və Afrika, Mərkəzi Asiya və Sakit Okean regionunda komandanlıq vəzifələrində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu