Modern.az

Ermənistan-Azərbaycan ziddiyyətləri dialoqla həll edilməlidir – Rəisi

Ermənistan-Azərbaycan ziddiyyətləri dialoqla həll edilməlidir – Rəisi

Dünya

21 Sentyabr 2023, 09:04

İran Ermənistan və Azərbaycan arasında ziddiyyətlər qəbuledilməzdir və dialoq yolu ilə həll edilməlidir.


Modern.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Nyu Yorkda keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Tehran hər iki tərəflə təmasdadır və artıq onlarla mübahisəli məsələlər üzrə danışıqların zəruriliyini müzakirə edib.

Rəisi bildirib ki, İran regionda geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır. 

“İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu