"Rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün təmin olunmasına sadiqdir".
Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanın Müstəqillik Günü ilə bağlı təbrikində deyilir.
Dövlət katibi Blinken Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edib və bəyan edib ki, Birləşmiş Ştatlar erməni xalqının suverenliyini və təhlükəsizliyini dəstəkləməkdə davam edəcək və Cənubi Qafqazda sülhün təmin olunmasına sadiqdir.