İsrailin xarici işlər naziri Eli Kohen ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, onlar qitə əlaqələri, regional təhlükəsizlik, ikitərəfli və beynəlxalq əməkdaşlıq vasitəsilə iqtisadi layihələrin təşviqi məsələlərini müzakirə ediblər.
"İbrahim Sazişinin imzalanmasından sonrakı 3 il ərzində İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər böyüdü və dərinləşdi, yeni mərhələlərə çatdı. Rifah və regional sabitliyi təşviq edən sülh üçün bir model rolunu oynadı", - Kohen deyib.
O, həmkarını İsrailə səfər dəvət edib.