Modern.az

Lukaşenko Ermənistanı təbrik etdi: Əminəm ki...

Lukaşenko Ermənistanı təbrik etdi: Əminəm ki...

Dünya

21 Sentyabr 2023, 11:06

“Belarus və Ermənistan dövlətlərarası qarşılıqlı fəaliyyətin vahid arxitekturasını qura biliblər".

 

Modern.az Belarusun rəsmi BelTA agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko Ermənistanın Müstəqillik Günü ilə bağlı təbrikində yazıb.

 

O, Ermənistanın həm baş naziri Nikol Paşinyana, həm də prezidenti Vahaqn Xaçaturyana təbrik göndərib.

 

“Minsk və İrəvan qısa tarixi dövrdə dövlətlərarası qarşılıqlı fəaliyyətin vahid arxitekturasını qurmağa, ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəsini təmin etməyə, inteqrasiya strukturları çərçivəsində tərəfdaşlığı gücləndirməyə, ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinə etibarlı zəmin yarada bildilər. Əminəm ki, birgə layihələrin uğurla həyata keçirilməsi iki ölkə üçün yeni inkişaf imkanları açacaq və çoxşaxəli Belarus-Ermənistan əməkdaşlığının sistemli şəkildə genişlənməsinə töhfə verəcək”, - Lukaşenko Xaçaturyana məktubunda deyib.

 

Ermənistanın baş naziri Nikol Paşinyana təbrik məktubunda Aleksandr Lukaşenko bildirib ki, hər iki ölkə arasında ənənəvi dostluq münasibətləri mövcuddur və bu münasibətlər bütün sahələrdə konstruktiv qarşılıqlı fəaliyyətin əsasına çevrilib. O, maşınqayırma, meşə təsərrüfatı, nəqliyyat, tikinti sahələrində birgə layihələrin uğurla həyata keçirildiyini bildirib:

 

“Əminəm ki, səmərəli ikitərəfli əlaqələr bundan sonra da ölkələrimiz arasında sıx tərəfdaşlıq potensialının səmərəli istifadəsinə və genişlənməsinə töhfə verəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu