Suriya prezidenti Bəşər Əsəd və birinci xanım Əsma Əsəd Çin Xalq Respublikasının sədri Si Tsinpinin rəsmi dəvəti ilə bu ölkəyə səfər ediblər.
Modern.az Suriyanın rəsmi SANA agentliyinə istinadən xəbər verir ki, onları daşıyan təyyarə artıq Xanqu hava limanına enib.
Əsəd və Si Tsinpin Suriya-Çin sammiti keçirəcəklər. Səfər çərçivəsində Xanqu və paytaxt Pekində keçiriləcək bir sıra görüşlər və tədbirlər də gözlənilir.
Prezident ailəsini səfərdə XİN başçısı Faysal Mikdad, iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Samir Əl Xəlil digər yüksək vəzifəli şəxslərin daxil olduğu rəsmi nümayəndə heyəti müşayiət edir.


