Modern.az

Berlin Kiyevi dəstəkləmədi - Rusiyanın veto hüququ...

Berlin Kiyevi dəstəkləmədi - Rusiyanın veto hüququ...

Dünya

21 Sentyabr 2023, 12:22

Rəsmi Berlin Ukrayna tərəfinin Rusiyanın veto hüququndan məhrum edilməsi ilə bağlı təklifinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok ARD telekanalının efirində deyib.

 

O qeyd edib ki, Almaniya Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etmək təklifini dəstəkləmir.

 

Qeyd edək ki, Rusiya BMT TŞ 5 daimi üzvündən biri kimi veto hüququna malikdir. Rəsmi Kiyev Rusiyanın bu hüquqdan məhrum edilməsini təklif edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu