Modern.az

Türkcə Kərkükün rəsmi dili oldu

Türkcə Kərkükün rəsmi dili oldu

Dünya

21 Sentyabr 2023, 13:16

İraqın şimalındakı Kərkük şəhərində türk dili rəsmi dil elan olunub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə müvafiq qərar verilib.

 

Bildirilib ki, qərarla əlaqədar olaraq şəhərdəki bütün məlumat lövhələri dəyişdirilir və türk dilində ifadələr əlavə olunur.

 

Qeyd edək ki, Kərkükdə türkmanlar, ərəblər və kürdlər, eləcə də bəzi xristian azlıqlar yaşayır. Səddam Hüseynin devrilməsindən sonra Kərkükdə referendum keçiriləcəyi barədə qərar qəbul edilsə də, hələlik reallaşmayıb.

 

İraqın şimalındakı regional kürd muxtariyyəti bir neçə dəfə Kərkükü hüdudlarına daxil etməyə çalışıb. Şəhərin türkman və ərəb sakinləri buna etiraz ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı