Modern.az

İranın müdafiə naziri ABŞ hərbçilərinin Ermənistana gəlməsini pisləyib

İranın müdafiə naziri ABŞ hərbçilərinin Ermənistana gəlməsini pisləyib

Dünya

22 Sentyabr 2023, 10:12

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ABŞ-ın Azərbaycanla Ermənistan arasındakı münaqişəyə müdaxiləsini, həmçinin amerikalı hərbçilərin Ermənistanda keçirilən təlimlərə qoşulmasını pisləyib.

Modern.az xəbər verir ki, nazirin bəyanatını “Mehr” agentliyi yayıb.

Bəyanatda deyilir ki, Tehran “heç vaxt xarici güclərin regionun problemlərinə qarışmasına imkan verməyəcək”.

"Bizim səylərimiz region ölkələrinin əməkdaşlığı vasitəsilə məsələlərin müstəqil şəkildə həllinə yönəlib", - deyən müdafiə naziri vurğulayıb ki, İran "bölgənin geosiyasətində heç bir dəyişikliyi qəbul etmir".

“Biz Ermənistan və Azərbaycanla əlaqələrimizi və əməkdaşlığımızı davam etdiririk”, – deyən Məhəmməd Rza Aştiani əlavə edib ki, “bu ölkələr bizim qonşularımız və qardaşlarımızdır, onların problemlərinin həllinə kömək etməyə çalışırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu