Modern.az

Zelenski Baxmutun işğaldan azad edilməsi ANONSUNU VERDİ

Zelenski Baxmutun işğaldan azad edilməsi ANONSUNU VERDİ

Dünya

22 Sentyabr 2023, 10:38

"Baxmutu işğaldan azad edirik. Düşünürəm ki, biz daha 2 şəhəri işğalçılardan azad edəcəyik".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə deyib. 

 

Dövlət başçısı bunların hansı şəhərlər olacağını deməyəcəyini vurğulayıb.

 

"Hansı şəhərləri azad edəcəyimizi deməyəcəyəm, üzrlü sayın. Deməliyəm ki, planımız var. Çox, çox detallı bir plan", - o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!