Modern.az

Kaladze Avropadan şikayətlənir - Başımıza vurulanı istəmirik

Kaladze Avropadan şikayətlənir - Başımıza vurulanı istəmirik

Dünya

22 Sentyabr 2023, 12:26

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bu gün xarici siyasətlə bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, bu barədə "News Georgia" məlumat yayıb.

 

“Biz dostluq, tərəfdaşlıq münasibətləri istəyirik, kiminsə başımıza vurduğu münasibətləri yox”, - o qeyd edib.

 

Kaladze bildirib ki, o, Gürcüstanın, özünün və övladlarının Avropa gələcəyini istəyir, lakin bu, əcdadlara, kilsəyə, patriarxa, mədəniyyətə və adət-ənənələrə hörmətdən imtina demək deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu