"Rusiya yenidən enerji terroruna başlayıb, amma biz hazırıq".
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna baş naziri Denis Şmıqal bildirib.
"Biz başa düşürük ki, bu istilik mövsümündə enerji terroru mərhələsi artıq başlayıb. Biz bunu yanacağın istehsalı, vurulması və saxlanması üçün infrastrukturun dağıdılmasında görürük. Bunu regional enerji təşkilatlarına baş verən ilk hücumlarda görürük. Bu hücumlar davam edəcək, lakin mühüm obyektlərin ətrafında qurulan hava hücumundan müdafiə və digər vasitələrin mühafizəsi nəticə verəcək", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.