Ankara ABŞ-Ermənistan birgə hərbi təlimlərinə ciddi əhəmiyyət verməyib.
Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, indiki həssas məqamda Ermənistana 25 nəfərin gətirilməsi səhv mesaj olaraq qiymətləndirilə bilər.
“Ona görə də düşünürəm ki, bütün ölkələr daha diqqətli davranmalıdır. Belə daha doğrudur”, - nazir vurğulayıb.
Qeyd edək ki, ABŞ-Ermənistan birgə hərbi təlimləri sentyabrın 11-20-də keçirilib. “Eagle Partner 2023” adlı təlimlərdə 85 amerikalı ilə 175 erməni hərbçi iştirak edib.