Modern.az

Suriyadan çıxmağımız üçün zəruri şərait olmalıdır - YAŞAR GÜLER

Suriyadan çıxmağımız üçün zəruri şərait olmalıdır - YAŞAR GÜLER

Dünya

22 Sentyabr 2023, 17:46

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkiyənin Suriya ərazisində hərbi mövcudluğundan danışıb.

 

Modern.az xəbər verir ki, nazir bu mövzuya "Milliyet"ə müsahibəsində toxunub.

 

O qeyd edib ki, Suriyanın şimalında Türkiyə ordusunun keçirdiyi əməliyyatlar təhlükəsizliyin təmin olunması məqsədi daşıyıb.

 

"Ölkəmizdə 4 milyon suriyalı varsa və İdlibdə 5 milyon hər an qaçqına çevrilə biləcək əhali varsa, kiminsə deməsi ilə biz çıxa bilmərik. Bunun üçün zəruri şərait olmalıdır. Konstitusiya qəbul olunmalı, seçkilər baş tutmalıdır. Elə bir hökumət qurulmalıdır ki, bütün insanları qucaqlasın. Belə olsa, çıxarıq", - o qeyd edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!