Hakim Artur Enqoron Nyu-York əyalətinin baş prokuroru Letitia Ceymsin ABŞ-ın keçmiş prezidenti Donald Trampın sərvətini şişirtməsi ilə bağlı iddiasını qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məhkəmə keçmiş prezidentin fırıldaqçılıq və sərvətini maliyyə hesabatlarında ildə milyardlarla dollar şişirtməyə görə məsuliyyət daşıdığına qərar verib.
Ceyms iddia edir ki, son 10 ildə Donald Tramp hər il sərvətini 2,23 milyard dollardan 3,6 milyard dollara qədər şişirdib. Prokuror Tramp üçün 250 milyon dollar cərimə, həmçinin özünə və oğullarına qadağa qoyulmasını istəyir.
Donald Trampın müdafiə komandası fırıldaqçılıq iddialarını rədd edib, prokuroruniddiasının siyasi motivli olduğunu iddia edib. Prokuror da öz növbəsində israr edib ki, Tramp və onun tərəfdaşları kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün maliyyə hesabatlarını saxtalaşdırıblar.