Modern.az

Toy mərasimi yasa çevrildi - 113 ölü, 150 yaralı

Toy mərasimi yasa çevrildi - 113 ölü, 150 yaralı

Dünya

27 Sentyabr 2023, 07:51

İraqın Neynəva əyalətinin Həmdaniya rayonunda toy məclisi zamanı yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Yanğın zamanı 113 nəfər ölüb, 150 nəfərin yaralandığı bildirilir. 

 

Dövlət mediasının məlumatına görə, yanğın atəşfəşanlıq zamanı başlayıb. Bildirilir, bina tez yanan materiallardan tikilib.

 

Bildirilir ki, hadisə yerinə İraq federal səlahiyyətliləri və İraqın Kürdüstan vilayətinin rəsmiləri tərəfindən təcili yardım maşınları və tibbi heyət göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu