Modern.az

Zelenski Şevçenkonu özünə müşavir təyin etdi

Zelenski Şevçenkonu özünə müşavir təyin etdi

Dünya

27 Sentyabr 2023, 08:10

Ukrayna prezidenti Vladimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonu ştatdankənar müşavir təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə fərman Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.

 

Andrey Şevçenko Kiyev “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında hücumçu kimi çıxış edib.

 

2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna qədər Ukrayna millisinin məşqçisi olub. 2022-ci ilin fevralında o, İtaliyanın “Cenoa” klubundan ayrılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!