Modern.az

Toyda ölən və yaralananların sayı 450 nəfərə çatdı

Toyda ölən və yaralananların sayı 450 nəfərə çatdı

Dünya

27 Sentyabr 2023, 10:30

İraqın Neynəva əyalətinin Həmdaniya şəhərindəki toy məclisi zamanı baş verən yanğın qurbanlarının sayı artıb.

Modern.az xəbər verir ki, hadisə nəticəsinəd ölən və yaralananların sayı 450 nəfərə çatıb. Bu barədə İraqın Qızıl Aypara Cəmiyyəti X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Şadlıq sarayında baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450 nəfərə çatıb. Faciə əyalətin paytaxt Mosulun şərqində yerləşən Həmdaniyyə  şəhərində baş verib", - təşkilatın məlumatında deyilir.

Mülki müdafiə rəsmiləri yanğının toy zamanı atəşfəşanlıqdan istifadə nəticəsində baş verdiyini bildiriblər. Mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə əməl olunmadığı da qeyd edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu