Estoniyanın baş naziri Kaya Kallas NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.
Modern.az xəbər verir ki, Kallasın fikrincə, digər NATO-ya üzv dövlətlər Baltikyanı ölkələrin nümunəsində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdırlar.
O xatırladıb ki, Estoniya gələn il bu məqsədlər üçün ÜDM-in 3.2%-ni ayırmaq niyyətindədir. Kallas bunu çərşənbə günü Tallində keçirilən illik Baltikyanı Müdafiə Konfransı ərəfəsində deyib.
"Bütün NATO müttəfiqlərinin ÜDM-nin 2 faizindən çoxunu müdafiəyə ayırdığı 1988-ci ili xatırlayın. Niyə? Çünki onlar təhlükəni ciddi qəbul etdilər", - Kallas vurğulayıb.
O əlavə edib ki, bu gün bu təhlükə Soyuq Müharibə dövründəkindən daha böyükdür, çünki müharibə Avropaya qayıdıb.