Türkiyənin Moldovanın Qaqauz muxtariyyətinə yeni konsul təyin edib.
Modern.az xəbər verir ki, Adnan Xəyal Türkiyənin yeni konsulu olub.
Diplomat muxtariyyətin mərkəzi olan Komratda Qaqauz rəhbəri Yevgeniya Qutsul və Qaqauz Xalq Assambleyasının sədri ilə görüş keçirib.
Görüşlər zamanı regionla Türkiyə arasında əməkdaşlıq və sosial-iqtisadi sahədə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, 150 min əhalinin yaşadığı bölgənin paytaxtı Komratdır. Muxtariyyətdə türk mənşəli provaslav xristian qaquzlar yaşayır. May ayında bölgədə keçirilən başqan seçkilərində 52% səslə Şor partiyasının namizədi Yevgeni Qutsul qalib gəlib.
