Modern.az

Britaniyanın yeni müdafiə naziri Kiyevdə - Zelenski ilə görüşdü

Britaniyanın yeni müdafiə naziri Kiyevdə - Zelenski ilə görüşdü

Dünya

28 Sentyabr 2023, 11:12

Böyük Britaniyanın yeni müdafiə naziri Qrant Şapps Kiyevə gələrək Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti sosial şəbəkələrdə yazıb.

 

“Ukraynaya güclü maliyyə, müdafiə və humanitar dəstəyə görə təşəkkür edirəm! Hərbi sahədə əməkdaşlığımız döyüş meydanında ukraynalı əsgərlərin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu