Modern.az

Ermənistanda parlament komissiyası Roma Statutuna müsbət rəy verdi

Ermənistanda parlament komissiyası Roma Statutuna müsbət rəy verdi

Dünya

28 Sentyabr 2023, 12:22

Ermənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu ilə bağlı müsbət rəy verib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi parlamentə göndəriləcək.

 

2021-ci il mayın 10-dan etibarən məhkəmənin yurisdiksiyasının tanınması təklif edilir. Komissiyanın iclasında respublikanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, Roma Statutunun ratifikasiyası Ermənistanın müdafiə üçün silah əldə etməsini asanlaşdıra bilər.

 

BCM-nin yurisdiksiyası soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri kimi cinayətlərə şamil edilir. 2010-cu ildə bu siyahıya təcavüz cinayəti də əlavə edilib.

 

Qeyd edək ki, BCM Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu