İrəvan Moskvanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan brifinqdə bildirib.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin müvafiq komissiyası Statutla bağlı müsbət rəy verib.