Modern.az

Peskov Ermənistanın addımını "düşmənçilik" adlandırdı

Peskov Ermənistanın addımını

Dünya

28 Sentyabr 2023, 14:28

"Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

O, Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını Rusiya Federasiyasına qarşı “son dərəcə düşmənçilik” adlandırıb.

 

"Kreml Qarabağdakı vəziyyəti, o cümlədən humanitar aspekti diqqətlə izləyir. Ermənilərin Qarabağdan getməsinin humanitar aspekti Rusiyanı xüsusilə narahat edir - insanların normal şəraitlə təmin olunması vacibdir. Putin tezliklə Ermənistana səfər etməyi planlaşdırmırdı. Rusiya OPEC+ ilə neft ixracının artırılması ilə bağlı danışıqlar aparmır və mövcud razılaşmalara əməl edir", - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!