Türkiyənin İstanbul şəhərində partlayış baş verib.
Modern.az TRT-yə istinadən xəbər verir ki, hadisə Şirinevler kvartalında qeydə alınıb.
Nəticədə 1 nəfər həyatını itirib, daha 4 nəfər isə yaralanıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.