Modern.az

İran ordusunun obyektində bir həftədə ikinci yanğın

İran ordusunun obyektində bir həftədə ikinci yanğın

Dünya

29 Sentyabr 2023, 08:56

ِSentyabrın 28-də İran Müdafiə Nazirliyinin Enerji Ehtiyatlarının İnkişafı Təşkilatına məxsus akkumulyator istehsal edən anbarda yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat Nazirliyin açıqlamasına istinadən məlumat yayıb.

 

Hərbi idarənin bildirdiyinə görə, yanğına səbəb “anbardan zibil çıxararkən işçilərin səhlənkarlığı” olub. Yanğının qarşısının alındığı bildirilir.

 

Bundan əvvəl sentyabrın 22-də hərbi paraddan bir neçə saat əvvəl İran Müdafiə Nazirliyinin anbarında yanğın baş verib.

 

İsrail hərbi kəşfiyyatına yaxın "AMAN Intelli Times" nəşri bunun Müdafiə Nazirliyinin obyektində bir həftə ərzində ikinci yanğın olduğunu vurğulayaraq qeyd edib: "Birinci dəfə qəza ola bilər, ikinci dəfə artıq hədəfə çevrildiyini göstərir"

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu