Modern.az

Gürcülərin yarıdan çoxu Saakaşvilinin əfvinə tərəfdardır - SORĞU

Gürcülərin yarıdan çoxu Saakaşvilinin əfvinə tərəfdardır - SORĞU

Dünya

29 Sentyabr 2023, 09:58

Gürcülərin 50%-dən çoxu hesab edir ki, eks-prezident Mixail Saakaşvili əfv edilməlidir.

 

Modern.az xəbər verir ki, bunu "Formula" telekanalının sifarişi ilə "Edison Research" şirkətinin sorğusunun məlumatları sübut edir.

 

Sorğunun nəticələrinə görə, vətəndaşların 58%-i prezident Salome Zurabişvilinin Saakaşvilini əfv etməsinin lehinə, 42%-i isə əleyhinə olub. Sorğuda 18 yaşdan yuxarı 1500 Gürcüstan vətəndaşı iştirak edib.

 

Müxalifət dəfələrlə Zurabişvilini Saakaşvilini əfv etməyə çağırıb.

 

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu