Modern.az

Qarabağlı hərbçilər Ermənistan ordusunda xidmət edə bilər - Papikyanın müavini

Qarabağlı hərbçilər Ermənistan ordusunda xidmət edə bilər - Papikyanın müavini

Dünya

29 Sentyabr 2023, 11:44

"Qarabağdan olan hərbi qulluqçular Ermənistan silahlı qüvvələrində xidmətini davam etdirə bilər".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.

 

O əlavə edib ki, Azərbaycanla sərhəddə vəziyyət sakitdir.

 

Qeyd edək ki, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağdakı qondarma "ordu" tərksilah və təslim şərtinə razılaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...