Modern.az

Putin Milli Azlıqlar üzrə Konvensiyanın denonsasiyasını istəyir

Putin Milli Azlıqlar üzrə Konvensiyanın denonsasiyasını istəyir

Dünya

29 Sentyabr 2023, 11:57

Rusiya prezidenti  Vladimir Putin Dövlət Dumasına Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının denonsasiyası haqqında qanun layihəsi təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

İzahat qeydinə görə, beynəlxalq müqavilədə iştiraka xitam verilməsi “Rusiya Federasiyasına qarşı ayrı-seçkilik ehtiva eədn münasibətin qarşısını almağa kömək edəcək”.

 

Qeyd edək ki, Rusiya Ukraynadakı müharibə ilə bağlı Qərb sanksiyalarından sonra bir sıra beynəlxalq sənədlərin denonsasiyasını həyata keçirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu