Pakistanda canlı yayımda iştirak edən hüquqşünas və deputat arasında dava düşüb.
Modern.az xəbər verir ki, "Express News" televiziya kanalında canlı yayımda iştirak edən Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) olan hüquqşünas və hüquq eksperti Şer Əfzal Mərvat və Pakistan Senatının üzvü Əfnan Ullah Xan arasında münaqişə yaranıb.
Onlar canlı yayımda bir-birinə qarşı sərt ifadələr istifadə ediblər. Bundan sonra Mərvat qəfil ayağa qalxaraq Xanın üzərinə hücum çəkib. Studiyadakı işçilər onları çətinliklə bir-birindən ayrıb.
Mərvat davadan sonra verdiyi açıqlamada Pakistanın keçmiş baş naziri İmran Xanı təhqir etdiyi və onu yəhudi agenti adlandırdığı üçün Xana sillə vurduğunu bildirib.