Modern.az

Putinlə görüşən "Vaqner"çiyə vəzifə verilibmiş

Putinlə görüşən

Dünya

29 Sentyabr 2023, 14:44

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və "Vaqner"in keçmiş komandiri Andrey Troşevlə görüşüb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov faktı təsdiqləyərək Andrey Troşevlə bağlı yeni məlumat verib.

 

Belə ki, Peskovun sözlərinə görə, Troşev Rusiya Müdafiə Nazirliyində işləyir. Ona nazirliyin əməkdaşı kimi vəzifə verilib.

 

Sözçü keçmiş "Vaqner"çinin hansı postu tutduğunu açıqlamayıb.

Bu xəbər ilə bağlı
Putin keçmiş "Vaqner" komandiri ilə görüşdü
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu