"Dünyadakı vəziyyət MDB ölkələrini güclü silahlı qüvvələrə malik olmağa məcbur edir".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tulada keçirilən MDB Müdafiə Nazirləri Şurasının toplantısında deyib.
"Söhbət yaranan təhdidlərə tez reaksiya verməyə qadir qüvvələrdən gedir", - o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iclasa qatılıb, lakin Ermənistan MN başçısı Suren Papikyan toplantıda təmsil olunmayıb.