Modern.az

Nyu-Yorkda fövqəladə vəziyyət elan olundu 

Nyu-Yorkda fövqəladə vəziyyət elan olundu 

Dünya

29 Sentyabr 2023, 21:51

Nyu York əyalətinin qubernatoru Keti Hoçul leysan yağışları və nəticədə daşqınlar səbəbindən ştatın bəzi yerlərində fövqəladə vəziyyət elan edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb.

 

Ən ciddi vəziyyət Nyu-Yorkun özündə, Lonq Aylenddə və Hudson çayının sahillərində müşahidə olunur.

 

Səhər saatlarında cəmi 3 saat ərzində ştata 10 sm-dən çox yağış yağıb, yağış başlayandan bəri 15 sm-dən çox yağıntı düşüb.Yağışların şənbə günü səhərədək davam edəcəyi və təxminən 18 sm-dən çox olacağı gözlənilir.

 

Ştatda bəzi yollar, metro stansiyaları, LaGuardia Beynəlxalq Hava Limanındakı üç terminaldan biri bağlanıb. Yaşayış binalarının və binaların zirzəmilərinin su basması, avtomobillərin su altında qalması müşahidə olunur, insanların bir neçə saat hərəkət etmədən qaldıqları magistral yolda uzun tıxacların yarandığı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu