Modern.az

Azərbaycana qarşı qərəzli olan senator vəfat etdi 

Azərbaycana qarşı qərəzli olan senator vəfat etdi 

Dünya

30 Sentyabr 2023, 00:51

ABŞ-ın ən yaşlı demokrat senatoru Dayan Feinstein uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki o, 91 yaşında dünyasını dəyişib.

 

1978-ci ildə Dayan Feinstein iş yerində güllələnərək öldürülən Corc Moskonun yerinə San-Fransisko şəhərinin meri olub. Bu faciə onun baxışlarına təsir edib və o, ömrünün sonuna qədər silahlara nəzarətin güclü tərəfdarı olub. O, həmçinin 1994-2004-cü illərdə ABŞ-da qüvvədə olan hərbi tipli hücum silahlarına federal qadağanın müəllifi idi.

 

Qeyd edək ki, o, "X" hesabında sonuncu dəfə Azərbaycana qarşı saxta ittihamlar səsləndirmişdi.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı