Modern.az

Fransa qoşunları bu tarixdə Nigerdən çıxarılacaq

Fransa qoşunları bu tarixdə Nigerdən çıxarılacaq

Dünya

5 Oktyabr 2023, 11:32

Fransa bu həftə qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə “Frans-press” agentliyi məlumat yayıb.

Agentlik Fransa Silahlı Qüvvələrinin nümayəndəsindən sitat gətirib: "Biz bu həftə lazımi qaydada, təhlükəsizlik şəraitində və Niger tərəfi ilə koordinasiya əsasında geri çəkilmə əməliyyatına başlayacağıq".

Sentyabr ayında Fransa prezidenti Emmanuel Makron ölkəsinin Nigerdəki bütün səfirlik işçilərini geri çağırdığını açıqlamışdı. Sonra o, Fransa hərbçilərinin bu ilin sonuna qədər Nigeri tərk edəcəyini bildirmişdi.

Bunu Nigerin əvvəlki prezidenti Mohamed Bazumu vəzifəsindən kənarlaşdıran üsyançılar tələb etmişdilər. Paris isə yalnız qanuni hakimiyyətin tələblərini tanıyacaqlarını bildirmişdi.

Niger Respublikası Fransanın Afrikadakı sonuncu müstəmləkəsidir. Ölkə zəngin uran ehtiyatlarına malikdir. Bu Afrika ölkəsi Fransada elektrik enerjisi istehsalı üçün istifadə edilən uranın 15%-17%-ni verir. Hazırda Nigerdə ​​1,5 min fransız əsgəri var.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu