Rusiya Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində yeni hərbi baza yaradacaq.
Modern.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə Abxaziya separatçılarının "lideri" Aslan Bjaniya məlumat verib.
Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni daimi bazası Qara dəniz sahilində yerləşəcək. Məlumata görə, artıq Rusiya ilə separatçılar arasında müqavilə imzalanıb.
“Biz saziş imzalamışıq və yaxın gələcəkdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Oçamçira bölgəsində daimi bazası olacaq”, - Bjaniya bildirib.
Oçamçira şəhərində Rusiya Sərhəd Xidmətinin sahil mühafizəsinin patrul gəmiləri üçün baza var. Baza 2017-ci ildən fəaliyyət göstərir.