Modern.az

İrandan gələn təyyarədə bomba təhlükəsi

İrandan gələn təyyarədə bomba təhlükəsi

Dünya

9 Oktyabr 2023, 16:50

Almaniya Tehrandan uçan təyyarəyə hücum təhlükəsinə görə Hamburq hava limanını bağlayıb, uçuşlar dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

 

Məlumata görə, Almaniyanın Hamburq hava limanı polisin təhlükəsizlik tədbirləri səbəbindən uçuşların dayandırıldığını açıqlayıb.

 

Bildirilib ki, bu səhər Tehran-Hamburq təyyarəsinə hücumla bağlı elektron məktub alıb və təhlükə çox ciddi qəbul edilir.

 

Təfərrüatlar barədə əlavə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu