Modern.az

İsraildə döyüşlər zamanı rusiyalı öldü 

İsraildə döyüşlər zamanı rusiyalı öldü 

Dünya

9 Oktyabr 2023, 20:57

HƏMAS və İsrail arasında döyüşlər nəticəsində bir Rusiya vətəndaşı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya səfirliyindən TASS və RİA agentliklərinə məlumat verilib.

 

Konsulluğun sözçüsü Mariya Ryazanovanın sözlərinə görə, dörd rusiyalı hələ də itkin düşənlər siyahısındadır.

 

“Biz insanların yaxınları ilə əlaqə saxlayırıq və onlara lazımi köməklik göstəririk. Biz itkin düşən vətəndaşların yerini müəyyən etmək üçün bütün səylərimizi göstəririk”, – o deyib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!