Modern.az

Rusiya və Ukrayna gəmiləri toqquşdu

Rusiya və Ukrayna gəmiləri toqquşdu

Dünya

13 Oktyabr 2023, 14:40

Türkiyənin şimal-qərbində, Mərmərə dənizində Rusiya və Ukraynaya məxsus yük daşıyıcı gəmilər toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.


Məlumata görə, qoqquşan gəmilərdən biri Ukraynanın İzmail limanından, digəri isə Rusiyanın Kavkaz limanından gedirmiş.

 

“İzmail limanından Valensiyaya üzən, göyərtəsində buğda olan 122 metrlik “Haje Halimeh” gəmisi Qafqaz limanından Aşdoda gedən və taxıl daşıyan 169 metr uzunluğunda “Asomatos” gəmisi ilə toqquşub", - məlumatda bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!