Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin xarici işlər nazirləri birgə bəyanat yayıblar.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, MDB XİN başçıları Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən narahatdırlar və ekstremizmin və terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirlər. Nazirlər Fələstin-İsrail nizamlanması üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayırlar.
Qeyd olunub ki, MDB ölkələrinin xarici işlər nazirləri Qəzza zolağında gözlənilən humanitar fəlakətdən narahat olduqlarını bildirirlər. Fələstin-İsrail münaqişəsinin tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa və humanitar dəhlizlər açmağa çağırır. Bəyanatı imzalayanlar hərbi əməliyyatlar zamanı mülki əhalinin girov götürülməsini və ayrı-seçkilik olmadan güc tətbiqini pisləyir.