Modern.az

İran və Ermənistan şəhərsalmada əməkdaşlıq edəcək

İran və Ermənistan şəhərsalmada əməkdaşlıq edəcək

Dünya

13 Oktyabr 2023, 15:34

İran Ermənistanın şəhərsalma proqramlarına maraq duyur.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistanın Şəhərsalma Komitəsinin sədri Armen Gularyan İran İslam Respublikasının İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani ilə görüşüb.

 

Görüş zamanı iki ölkə arasında şəhərsalma sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Armen Gularyan komitənin fəaliyyətinin əsas istiqamətlərini səfirə təqdim edib. Tərəflər İran şirkətlərinin tikinti layihələrində iştirak etmək, İrandan işçi qüvvəsi və mütəxəssisləri cəlb etmək imkanlarını nəzərdən keçiriblər.

 

Tikinti materialları istehsalının təşkili ilə bağlı məsələlər müzakirə olunub. Mehdi Sübhani komitə rəhbərinə İran şirkətlərinin Ermənistanda şəhərsalma layihələrinə marağı barədə məlumat verib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!