Fransanın şimalındakı Padekale departamentinin Arras şəhərindəki Qambetta məktəbinə keçmiş şagird hücum edib.
Modern.az xəbər verir ki, bir müəllim həlak olub, iki nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyəti ağırdır. Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Keçmiş şagird bıçaqla məktəbə soxulub. O, məktəbin həyətində müəllimlərə hücum edib. Məktəbə hücum edən şəxsin 20 yaşında olduğu bildirilir.
Onunla birlikdə hücum zamanı məktəbin yaxınlığında olan qardaşı da həbs edilib. Arras şəhərinə daxili işlər naziri Cerald Darmanindən əlavə təhsil naziri Qabriel Attal və prezident Emmanuel Makron da gələcək.