Rusiya XİN başçısının müavini Mixail Qaluzin İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali ilə görüşüb.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti, həmçinin “3+3” platformasının işinin bərpasını müzakirə ediblər.